Bank Of Baku

Rəfsəncaninin oğlunun həbsi barədə sanksiya “Ettelaat”a göndərilib

Rəfsəncaninin oğlunun həbsi barədə sanksiya “Ettelaat”a göndərilib
# 21 aprel 2010 13:00 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın keçmiş prezidenti Əli Əkbər Haşimi
Rəfsəncaninin oğlu Mehdi Haşimi istənilən vaxt həbs edilə bilər. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İran İnformasiya Nazirliyinin (Ettelaat) rəhbəri Heydər Müslihi deyib. O bildirib ki, artıq İranın İslami Məsləhət Şurasının rəhbəri, keçmiş prezident Haşimi Rəfsəncaninin oğlu Mehdi Haşiminin həbsi barədə sanksiya bu idarədədir: “Vaxtı çatanda onu həbs edəcəyik. Amma hələ gözləmə mövqeyini seçmişik”.

Nazir İranın keçmiş prezidenti Məhəmməd Xatəminin ölkədən çıxmasına qadağa qoyulmasını da təkzib edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR