Bank Of Baku

Şimali Koreya rəsmən nüvə dövləti olmaq istəyir

Şimali Koreya rəsmən nüvə dövləti olmaq istəyir
# 22 aprel 2010 00:49 (UTC +04:00)
Bakı-APA. Koreya Xalq-Demokratik Respublikası rəsmi olaraq nüvə dövləti statusunu almaq istəyir.

Rəsmi KCNA xəbər agentliyinin bildirdiyinə görə, KXDR Xarici işlər nazirliyinin yaydığı memorandumda, ölkənin «nüvə silahına sahib olan digər dövlətlərlə bərabər səviyyədə olması» istənib.

Memorandumda «KXDR lazım bildiyi qədər nüvə silahı istehsal edəcək ancaq heç vaxt nüvə silahı yarışına qatılmayacaq və lazım olandan artıq istehsal etməyəcək» deyə bildirilir.

Nüvə silahına sahib olan dövlət olaraq tanınmaq üçün, bu mövzuda lazımi parametrləri əks etdirən Nüvə Silahının Yayılmaması haqqında müqaviləni imzalamaq lazımdır. Pxenyan 2003-cü ildə bu müqavilədən çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR