Bank Of Baku

Bağdadda törədilən terror aktları nəticəsində 67 nəfər ölüb, 100-dən artıq insan yaralanıb

Bağdadda törədilən terror aktları nəticəsində 67 nəfər ölüb, 100-dən artıq insan yaralanıb
# 23 aprel 2010 15:56 (UTC +04:00)
APA-nın məlumatına görə, ilk terror aktı bir neçə saat əvvəl Əbdül Hadi Əl-Çələbi şiə məscidində cümə namazı vaxtı törədilib. İkinci terror aktı məscidin yaxınlığında, üçüncü partlayış Xayfa küçəsindəki bazarda, dördüncü akt isə şiələrin yaşadığı Mədinət əs-Sədr rayonunda gerçəkləşdirilib. Hər dörd partlayış partlayıcı yüklənmiş maşınların işə salınması ilə həyata keçirilib. Bir qədər əvvəl Bağdadın mərkəzindəki şiə məscidində daha bir terror aktı baş verib. Hələlik heç bir terror təşkilatı partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR