Bank Of Baku

İsrail hərbçiləri Qəzza zolağının sərhədində nümayiş iştirakçısını öldürüblər

İsrail hərbçiləri Qəzza zolağının sərhədində nümayiş iştirakçısını öldürüblər
# 29 aprel 2010 03:58 (UTC +04:00)
Bakı-APA. İsrail hərbçiləri Qəzza zolağının sərhədində 20 yaşlı nümayiş iştirakçısı Əhməd Dibanı qətlə yetiriblər. Bu barədə Fələstin səhiyyə nazirliyinin nümayəndəsi Müaviyə Həsənen məlumat verib.

Fələstinlilər hər həftə Qəzza zolağı boyunca yaradılmış bufer zonalarının əleyhinə etiraz nümayişləri keçirirlər.

Şahidlərin sözlərinə görə, sonucu dəfə onlarla nümayişçi belə zonalardan birinə daxil olaraq israillilərə Daş atıblar və sərhəd maneələrinin yanında yanğın çıxarmağa cəhd ediblər. İsrail Müdafiə ordusunun mətbuat xidmətində nümayişçilərə tərəf xəbərdarlıq atəşi açıldığını bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR