Bank Of Baku

İsraildə Türkiyə vətəndaşı həbs olunub

İsraildə Türkiyə vətəndaşı həbs olunub
# 01 may 2010 00:07 (UTC +04:00)
Bakı-APA. İsrail polisi son bir neçə aydır Qüdsdə yaşayan Türkiyə vətəndaşı İzzət Şahini həbs edib.

APA-nın məlumatına görə, İvrit Universitetində ivrit dili təhsili aldığı bildirilən İzzət Şahinin həbs olunma səbəbi açıqlanmır.

Şahinin, 4 gün əvvəl, Fələstin şəhəri Beytüllahimin çıxışında, nəzarət-buraxılış məntəqəsində həbs olunduğu bildirilir.

Petax-Tikvadakı həbsxanada olduğu öyrənilen Şahinin həbs olunduğunu Təl-Əvivdəki Türkiyə səfirliyi də təsdiqləyib.

İzzət Şahinin mayın 4-də məhkəmə qarşısına çıxarılacağı qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR