Bank Of Baku

ABŞ-ın hava zərbəsi nəticəsində Pakistanda 4 nəfər həlak olub

ABŞ-ın hava zərbəsi nəticəsində Pakistanda 4 nəfər həlak olub
# 03 may 2010 19:14 (UTC +04:00)
Bakı-APA. ABŞ silahlı qüvvələrinin ölkənin şimal-qərbində qəbilələrin yaşadığı regiona endirdiyi raket zərbəsi nəticəsində ən azı dörd yaraqlı öldürülüb. Bu barədə APA voanews.com saytına istinadən xəbər verir.

Pakistan rəsmilərinin sözlərinə görə, pilotsuz təyyarələr bazar ertəsi Şimali Vəziristanın Marsi Xel ərazisində hərəkət edən nəqliyyat vasitəsinə raketlərlə zərbə endirib.

Bundan əlavə, Pakistan ordusu Xar şəhəri yaxınlığında yerləşən daha bir qəbilə regionunu minaatan və artilleriyadan atəşə tutub. Nəticədə ən azı 18 döyüşçü öldürülüb.

Yerli mənbələrin məlumatına görə, bazar ertəsi Orakzay bölgəsində baş verən qarşıdurmada 11 yaraqlı və 2 əsgər öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR