Bank Of Baku

Bağdad şəhəri təhlükəsizlik hasarı ilə əhatə olunacaq

Bağdad şəhəri təhlükəsizlik hasarı ilə əhatə olunacaq
# 04 may 2010 00:44 (UTC +04:00)
Bakı-APA. İraq hakimiyyəti paytaxt Bağdadın təhlükəsizlik hasarları ilə əhatə olunmasına başlayıblar. APA-nın «EXO Moskvı» radiostansiyasına istinadən verdiyi xəbərə görə, bu divarlar şəhəri qonşu əyalətlərdən ayıracaq.

Bazar ertəsi Bağdad əməliyyat komandanlığının rəsmisi, general-mayor Qasım Atta "Əl-İraqiyyə" telekanalına müsahibəsində bildirib ki, divarın tikintisinin 2011-ci ildə başa çatacağını bildirib. Təhlükəsizlik hasarı beton divarlardan və torpaq quyulardan ibarət olacaq. Şəhərə giriş isə səkkiz nəzarət-buraxılış məntəqəsindən həyata keçiriləcək.

Bundan sonra paytaxta yalnız bu məntəqələrdən keçməklə daxil olmaq mümkün olacaq.

Attanın sözlərinə görə, müasir müşahidə sistemləri ilə təchiz olunacaq konstruksiyanın məqsədi "terrorçuların Bağdada yolunu kəsmək və onların şəhərə daxil olmasının qarşısını almaq olacaq".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR