Bank Of Baku

İranda cinayətkar qruplaşma ilə polis arasında silahlı qarşıdurma baş verib

İranda cinayətkar qruplaşma ilə polis arasında silahlı qarşıdurma baş verib
# 04 may 2010 14:37 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın Şiraz şəhərində cinayətkar qruplaşma tərəfindən oğurlanmış 16 yaşlı oğlan azad edilib. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, Şiraz polisinin rəis müavini Polkovnik Kərim Keşvəri bildirib ki, 16 yaşlı oğlanın cinayətkar qrup tərəfindən oğurlanaraq girov götürüldüyünə dair məlumat aldıqdan dərhal sonra əməliyyat keçirərək cinayətkarların yerini müəyyənləşdiriblər. Cinayətkarlar polisin xəbərdarlıqlarına məhəl qoymayaraq polisə atəş açıblar. Cinayətkar dəstənin 3 nəfəri polislə qarşıdurma zamanı öldürülüb və girov götürülmüş şəxs azad edilib. Atışma zamanı bir polis əməkdaşı yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR