Bank Of Baku

ABŞ Qırğızıstana $15 milyon ödəyəcək

ABŞ Qırğızıstana $15 milyon ödəyəcək
# 04 may 2010 22:57 (UTC +04:00)
Bakı-APA. Rəsmi Vaşinqton Qırğızıstandakı tranzit mərkəzinin icarəsinin ödənilməsi məqsədilə ölkənin müvəqqəti hökumətinin hesabına 15 milyon dollar vəsait keçirəcək. APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, bunu çərşənbə axşamı ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə xüsusi köməkçisi Maykl Makfol bildirib.

Qırğız-amerikan sazişinə görə, ABŞ hərbçilərinin Qırğızıstan ərazisində illik qalma haqqı 60 milyon dollar təşkil edir.

«Sabah müvəqqəti hökumətin hesabına «Manas» hava limanındakı tranzit daşımalar mərkəzinin icarə haqqının bir hissəsi - 15 milyon dollar köçürüləcək», - deyə o bildirib.

Malkof həmçinin bildirib ki, Qırğızıstanın müvəqqəti hökuməti ilə danışıqlarda ABŞ-ın Tranzit Daşımalar Mərkəzinin Qırğızıstanda qalma məsələsi müzakirə olunmayıb. Lakin mənbə onu da bildirib ki, prezident Barak Obamanın əvvəllər dəfələrlə adı çəkilən Mərkəzin Qırğızıstan ərazisində daimi qalmayacağını qeyd etdiyini və Mərkəzin «Əfqanıstanda əməliyyatların dəstək vermək məqsədi daşıdığını» bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR