Bank Of Baku

Çin və Hindistanda şiddətli yağış 108 nəfərin ölümünə səbəb olub

Çin və Hindistanda şiddətli yağış 108 nəfərin ölümünə səbəb olub
# 08 may 2010 19:06 (UTC +04:00)
Bakı-APA. Çin və Hindistanda şiddətli yağış 108 nəfərin ölümünə səbəb olub. Bu barədə APA CNNTürk-ə istinadən məlumat verir.

Çinin cənubunda yağan şiddətli yağışlar nəticəsində ən azı 65 nəfərin öldüyü və 9900 evin dağıldığı bildirilir.

Çin Su Sərvətləri Nazirliyinin internet saytında yayılan açıqlamada, yağışlardan 2 milyon 550 min nəfərin və 100 min hektar əkin sahəsinin zərər gördüyü və 14 nəfərin yoxa çıxdığı qeyd olunur.

Hindistanın şimalında şiddətli yağış və fırtınadan 43 insanın öldüyü, 50 nəfərin isə yaralandığı bildirilir.

Polis rəsmiləri Uttar Pradeş və Bihar ştatlarında əmələ gələn fırtınada ağacların aşdığını, yüzlərlə evin zərər gördüyünü vurğulayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR