Bank Of Baku

Bağdadda baş verən partlayış 7 nəfərin həyatına son qoyub

Bağdadda baş verən partlayış 7 nəfərin həyatına son qoyub
# 12 may 2010 23:24 (UTC +04:00)
Bakı-APA. İraqın paytaxtında növbəti partlayış baş verib. Hadisə nəticəsində 7 nəfər ölüb, 25 adam yaralanıb.

Avtomobildə quraşdırılmış partlayıcı gecə saatlarında Bağdadın şimal-qərbində şiələrin yaşadığı Sədr-siti bölgəsində kafenin yaxınlığında işə salınıb.

Xatırladaq ki, iki gün əvvəl İraqın Əl-Hillə, Bəsrə, Əs-Süveyra şəhərlərindəki partlayışlar, eləcə də silahlıların Bağdaddakı hərbi postlara hücumu nəticəsində azı 125 nəfər ölüb. Yaralıların sayı 600-dən çoxdur. Mayın 11-də isə Bağdadın cənubundakı bazarın yaxınlığında törədilmiş terror aktı nəticəsində azı beş polis əməkdaşı həlak olub.

İraqda martın 7-də keçirilən və nəticələri hələ də elan olunmayan parlament seçkilərindən sonra vəziyyət gərcinləşməkdə davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR