Bank Of Baku

Tehranda keçirilən beynəlxalq kitab yarmarkasında Azərbaycan respublikasının stendini bağlayıblar

Tehranda keçirilən beynəlxalq kitab yarmarkasında Azərbaycan respublikasının stendini bağlayıblar
# 14 may 2010 12:51 (UTC +04:00)
Bu barədə APA-ya məlumat İran Azərbaycanında Siyasi Məhbusların Haqlarını Müdafiə Komitəsindən daxil olub. Məlumatı verən mənbə İranda yaşayan azərbaycanlıların etirazı nəticəsində Azərbaycan Respublikasının yarmarkadakı stendinin yenidən açıldığını bildirib. Yarmarkada Avropanın bir çox ölkəsinin nazirlikləri və firmaları iştirak edir. Stend bağlanarkən İran parlamenti milli təhlükəsizlik və xarici əlaqələr komissiyasının sədri Ələddin Burucərdi də orada olub. İran azərbaycanlıları stendin bağlanmasına qarşı etirazlarını ona da bildiriblər. Azərbaycanın Tehran beynəlxalq kitab yarmarkasındakı stendində Xətai və Füzulinin Azərbaycan dilindəki kitablarının nümayiş etdirilməsinin İranın təhlükəsizlik qüvvələrində narahatlıq doğurduğu , buna görə də stendin qapandığı bildirilir. Bir neçə saatdan sonra açılan stenddə kitabların nümayişi davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR