Bank Of Baku

Talinadda baş verən toqquşmada ölənlərin sayı artır

Talinadda baş verən toqquşmada ölənlərin sayı artır
# 15 may 2010 07:49 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, mayın 14-də baş verən toqquşmada 16 nəfərin öldüyü bildirilirdi. Beləliklə, bir neçə gün ərzində baş verən qarşıdurmada ölənlərin sayı 20-yə çatıb. Zərərçəkənlər arasında 3 əcnəbi, o cümlədən bir kanadalı jurnalist var. Yaralıların sayı isə 140 nəfərdir.

Qeyd edək ki, hökumət qoşunlarına bir neçə gündür, etiraz aksiyası keçirən müxalifət tərəfdarlarını dağıtmaq üçün atəş açmaq əmri verilib. Mayın 12-də hakimiyyət orqanları müxalifətin aksiyasının dağıdılması üçün güc tətbiq ediləcəyi barədə xəbərdarlıq edib. Mayın 14-nə keçən gecə isə müxalifətçilərin sıx toplaşdığı ərazilərdə elektrik enerjisi kəsilib, Banqkokun bir hissəsi hərbçilər tərəfindən mühasirəyə alınıb.

Əlavə edək ki, keçmiş baş nazir Taksin Çinavatraya kütləvi dəstək aksiyası 2010-cu ilin martından başlayıb. Nümayişçilər parlamentin buraxılmasını və baş nazir Apxisit Vetçaçivin rəhbərlik etdiyi kabinetin istefaya göndərilməsini tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR