Bank Of Baku

Rusiya və NATO hərbiçiləri Əfqanıstana birgə reyd ediblər

Rusiya və NATO hərbiçiləri Əfqanıstana birgə reyd ediblər
# 30 oktyabr 2010 23:38 (UTC +04:00)
Bakı-APA. Əfqanıstan prezidenti Həmid Karzay Rusiya və NATO heyətləri tərəfindən keçirilən reydi pisləyib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, sözü gedən reyd narkotik əleyhinə olub.
Prezident Karzay qeyd edib ki, Pakistan yaxınlığında keçirilən əməliyyata Əfqan rəsmiləri razılıq verməyib və həmin əməliyyat Əfqanıstanın suverenliyini pozub.
Rusiya və Amerika rəsmiləri reyd zamanı 4 narkotik emalı laboratoriyasının məhv edildiyini bildirib.
Əfqanıstandakı NATO qüvvələri azı 30 talibançının öldürüdüldüyünü bildiriblər.
Deyildiyinə görə, Talibançılar gecə vaxtı döyüş postlarına basqın cəhdi etmişdilər.
NATO bildirib ki, hücum zamanı əsgərlər hava qüvvələrindən kömək istəmişlər.
Öz növbəsində, hələ Sovet rejimi dövründəki Əfqan müharibəsində iştirak etmiş bəzi Əfqan səhra komandirləri bildiriblər ki, Rusiyanın iştirakına hərbi cavab vermək niyyətindədirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR