Bank Of Baku

İranda şeytana sitayişdə ittiham olunan qruplaşmanın üzvləri həbs edilib

İranda şeytana sitayişdə ittiham olunan qruplaşmanın üzvləri həbs edilib
# 20 noyabr 2010 11:02 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın qərb şəhərlərindən birində şeytana sitayiş edən qruplaşmanın üzvləri həbs olunub. APA-nın “İRNA” ya istinadən verdiyi məlumata görə, polis mayoru Əhmədrza Ruzbəhani bildirib ki, şeytanpərəstlərin toplandığı məkanda onlara aid bəzi zərərli təbliğat materialları aşkar edilərək götürülüb. Şeytanpərəstlərin insanları müxtəlif yollarla aldadaraq özlərinə tərəf çəkdikləri, onları rəsmi olaraq təşkilata üzv etməyə cəhd etdikləri sübuta yetirilib. Araşdırma zamanı məlum olub ki, şeytana tapınan bu dəstə cəmiyyətdə, xüsusi ilə də cavanların arasında özlərinin özəl geyimlərini və bəzək ləvazimatlarını yaymaqla məşğul olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR