Bank Of Baku

İraqda deputatların avtomobillərinə silahlı hücum olub

İraqda deputatların avtomobillərinə silahlı hücum olub
# 20 noyabr 2010 17:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İraqın Mosul vilayətində türkmən deputatların avtomobil karvanına silahlı hücum olub.

APA-nın məlumatına görə, hadisə səhər saatlarında Mosul şəhərində yerləşən Yunus Peyğəmbər Məscidinin yaxınlığında baş verib. İraq parlamentinin türkmən deputatları Müdrikə Əhməd və Məhəmməd Osmanın olduğu avtomobil karvanı silahlı şəxslərin hücumuna məruz qalıb. Deputatların mühafizəçilərindən 1-i ölüb, 2 nəfər isə ağır yaralanıb.

Hadisədən sonra bölgədə əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR