Bank Of Baku

Nuri əl-Maliki yenidən İraqın baş naziri olub

Nuri əl-Maliki yenidən İraqın baş naziri olub
# 25 noyabr 2010 11:42 (UTC +04:00)
APA-nın məlumatına görə, qəbul olunan prosedura görə, prezident Cəlal Tələbani yeni hökuməti formalaşdırmağı Nuri əl-Malikiyə həvalə edib. Adı çəkilən şəxs 30 gün ərzində parlamentdə təmsil olunan partiyaların üzvlərindən ibarət hökumət formalaşdırmalıdır. İraqda keçirilən parlament seçkilərində əl-Malikinin rəhbərlik etdiyi “Qanun dövləti” koalisiyası ikinci yeri tutaraq, sabiq baş nazir İyad Ələvinin “İrakiyyə” blokuna uduzub. Lakin parlamentdə təmsil olunan digər partiyalar əl-Malikini dəstəklədiyinə görə hökuməti formalaşdırmaq ona tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR