Bank Of Baku

Çin hökuməti Nobel mükafatı ilə bağlı qəzəbini ifadə edib

Çin hökuməti Nobel mükafatı ilə bağlı qəzəbini ifadə edib
# 10 dekabr 2010 02:31 (UTC +04:00)
Bakı-APA. Çin hökuməti həbsdə olan dissident Liu Şiaoboya Nobel mükfatı təqdim olunması ərəfəsində beynəlxalq rəyə qarşı müqavimətini davam etdirir.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, xarici işlər nazirliyinin nümayəndəsi Cianq Yu Pekində keçirilən brifinqdə deyib ki, demokrat fəalın azad edilməsi üçün Çin təzyiqlərə boyun əyməyəcək. İnsan haqları müdafiəçiləri Osloda keçiriləcək Nobel təqdimatı mərasimi ərəfəsində bir-birinə qarşı mübarizə aparırlar. Çin Nobel təqdimatında iştirak etməmək üçün bir sıra dövlətlərə müraciət edib. Çinin müraciətinə uyğun olaraq mərasimə qatılmayacaq ölkələr siyahısına qoşulan ölkələrdən sonuncusu Filippindir. İndiyədək 18 ölkə Çinin müraciətinə müsbət cavab verib. 44 ölkə isə mərasimdə iştirak edəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR