Bank Of Baku

Səkinə Aştianinin azad olunması xəbəri hələ öz təsdiqini tapmayıb

Səkinə Aştianinin azad olunması xəbəri hələ öz təsdiqini tapmayıb
# 10 dekabr 2010 03:35 (UTC +04:00)
Bakı-APA. İran dövlət orqanları zina etmək ittihamı ilə daşqalaqla ölüm cəzasına məhkum edilmiş Səkinə Aştianinin azadlığa buraxılması xəbərini təsdiq etməyib, APA svobodanews.ru saytına istinadən xəbər verir.
Səkinə Məhəmmədi Aştianinin azadlığa buraxılması xəbərini Almaniyada faəliyət göstərən insan hüquqları təşkilatlarının biri bildirmişdi. Bildirilir di ki, bunu Tehran rəsmən elan edəcək, lakin bu baş verməyib. “Svoboda” radiosunun İran xidmətindən bildiriblər ki, Aştianinin həqiqətən azad edilməsinə dair heç bir dəlil yoxdur.
Zina etməkdə təqsirli bilinən Aştianiyə ölüm hökmü çıxarılması Qərbdə güclü etirazlara səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR