Bank Of Baku

İsrail fələstinli keçmiş naziri həbs edib

İsrail fələstinli keçmiş naziri həbs edib
# 11 dekabr 2010 04:56 (UTC +04:00)
Bakı-APA. İsrail güc strukturları İordan çayının qərb sahilində HƏMAS hökumətinin keçmiş naziri Vəsfi Kabhanı həbs ediblər. Bu barədə Fələstinin «Əhrar» nsan haqları mərkəzi məlumat verib.

2006-cı ildə fələstinli silahlılar İsrail hərbçisi Gilad Şaliti oğurladıqdan sonra İsrail güc strukturları Qərb sahilində HƏMAS-ın bir neçə nümayəndəsini həbs ediblər. 2009-cu ilin martında onların çoxu azadlığa buraxılsa da, son 2 ay ərzində israillilər yenə 3 fələstinli parlamentarini həbs ediblər.

Hüquq müdafiəçilərinin bəyanatına görə, məhbusların işi üzrə keçmiş nazir Vəsfi Kabha doğma Bartayi kəndinin yaxınlığında həbs edilib.

Kabha indiyədək İsrail həbsxanalarında 7 ildən çox vaxt keçirib.

Hazırda İsrail həbsxanalarında HƏMAS-ın parlament blokunun 11 üzvü var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR