Bank Of Baku

İordaniyada futbol matçından sonra yaranan qarışıqlıqda 250 nəfər yaralanıb

İordaniyada futbol matçından sonra yaranan qarışıqlıqda 250 nəfər yaralanıb
# 11 dekabr 2010 08:03 (UTC +04:00)
Bakı – APA. İordaniyanın paytaxtı Əmman şəhərində “Əl-Vəhdət” və “Əl-Feysal” futbol komandaları arasındakı matçdan sonra qarışıqlıq yaranıb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, azarkeşlər stadionu tərk edərkən digər qrup onlara daş atmağa başlayıb. Yaranmış panikada 250 nəfər, o cümlədən 30 polis əməkdaşı yaralanıb. Polis daş atanların qarşısını sərt tədbirlərlə alıb. Stadionun ətrafında bir çox avtomobil və mağaza da zərər çəkib.

Qeyd edək ki, əsasən fələstinlilərin azarkeşlik etdiyi “Əl-Vəhdət” və iordaniyalıların dəstəklədiyi “Əl-Feysal” komandalarının qarşılaşmaları zamanı tez-tez bu cür dava-dalaş baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR