Bank Of Baku

Türkmənistan qaz kəməri layihəsini imzalayıb

Türkmənistan qaz kəməri layihəsini imzalayıb
# 11 dekabr 2010 18:57 (UTC +04:00)
Bakı-APA. Türkmənistan 1700 km uzunluğu olan qaz boru kəmərinin inşasına dair Əfqanıstan, Pakistan və Hindistanla çərçivə sazişi imzalayıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, inşa ediləndən sonra bu kəmərlə Pakistan və Hindistana qaz nəql ediləcək, Əfqanıstan isə qaz həcmlərinin öz ərazisindən tranzitinə görə böyük miqyasda mənfəət əldə edəcək. Üstəlik bu kəmərə xidmət etmək üçün Əfqanıstanda 12 minə qədər iş yerinin açılması gözlənilir.
İndi enerji şirkətləri kəmərin inşasına dair təkliflər təqdim etməlidirlər.
Bu kəmərin keçəcəyi ərazilərin bir hissəsi Əfqanıstanda talebanın nəzarətindədir və Pakistanın nəzarətsiz sərhədyanı bölgəsinə təsadüf edir. Bu kəmər layihəsi 1995-ci ildən bəri müzakirə olunurdu.
Türkmənistan dünyanın 4-cü ən böyük təbii qaz ehtiyatları olan ölkəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR