Bank Of Baku

İran televiziyası Səkinə Aştiani ilə müsahibəni göstərib

İran televiziyası Səkinə Aştiani ilə müsahibəni göstərib
# 11 dekabr 2010 22:43 (UTC +04:00)
Bakı-APA. İnsan hüquqlarının müdafiəsi təşkilatları İran televiziyasında ölümə məhkum edilmiş bir qadının cinayətini etiraf etməsini göstərən proqramın yayımlanmasını tənqid ediblər.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə,
həmin proqramda ərinə xəyanətə görə daşqalaq edilməklə ölümə məhkum olunmuş qadının guya öz günahını etiraf etməsi və ərini necə qətlə yetirdiyini izah etməsi nümayiş etdirilib.
Səkinə Məhəmmədi Aştianiyə ölüm hökmü kəsiləndən bəri İran beynəlxalq birlik tərəfindən kəskin tənqidlərlə üzləşib.
Amnesty International təşkilatının bir nümayəndəsi deyib ki, televiziya vasitəsilə cinayətdə etirafın nümayiş etdirilməsi ədalətli məhkəmə ilə bağlı beynəlxalq standartları pozur.
İran hökuməti bildirib ki, Səkinə Aştianinin cinayət işi hələ də İran ədliyyə sistemindən keçməkdədir və onun həyatı xilas oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR