Bank Of Baku

Cənubi Koreya quru qoşunlarının başçısı istefa verib

Cənubi Koreya quru qoşunlarının başçısı istefa verib
# 14 dekabr 2010 04:54 (UTC +04:00)
Bakı-APA. Cənubi Koreyanın quru qoşunlarının qərargah rəisi general Xvan I-Don istefa verib.

Cənubi Koreya ordusunun rəhbərliyində yenilənmə bu ilin martında Sarı dənizdə «Çxonan» korvetinin Şimali Koreya torpedosu tərəfindən vurulmasından sonra başlanıb.

Noyabrın 23-də isə Cənubi Koryeanın Yepxendo adası Şimali Koreya tərəfindən atəşə tutulub. Nəticədə 2 nəfər Cənubi Koreyalı hərbçi öldürülüb, 17 nəfər isə yaralanıb.

Bu hadisədən sonra müdafiə naziri Kim Txe En istefa verib. Nazirliyə Cənubi Koreya silahlı qüvvələrinin qərargah rəisləri komitəsinin rəhbəri Kim Qvan Çjin başçılıq etməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR