Bank Of Baku

Türkiyənin Demokrat Partiyasına Tansu Çillər başçılıq edə bilər

Türkiyənin Demokrat Partiyasına Tansu Çillər başçılıq edə bilər
# 15 dekabr 2010 03:24 (UTC +04:00)
Bakı-APA. Türkiyənin 9-cü dövlət başçısı Süleyman Dəmirəlin evində keçmiş baş nazir Məsud Yılmaz və Demokrat Partiyasının başçısı Hüsamettin Cindoruk Türkiyə Demokrat Partiyasının qurultay qabağı görüşünü keçiriblər.
APA-nın CNNTURK-ə istinadən verdiyi xəbərə görə, bu partiyaya başçılıq edə biləcək namizədlərin müzakirəsi aparılıb. Cindoruk bildirib ki, ehtimallara görə ən real namizədlər arasında keçmiş baş nazir Tansu Çillər var.
Cindoruk partiyasının qurultay keçirməsi barədə qərar qəbul etdiyini və məqsədin Türkiyədə yeni siyasi mərkəzin meydana çıxarılması olduğunu bildirib. Ənənəvi olaraq bu mərkəzi Ədalət, Ana Vətən və Demokrat Partiyası birlliyi təşkil edə bilər.
Cindoruk Məsud Yılmazın namizəd olmasını çox istədiyini bildirib, lakin Yılmaz belə bir niyyətinin olmadığını dilə gətirib.
Cindoruk bildirib ki, partiyasının qurultayı yanvarın 15-16-da keçiriləcək.
.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR