Bank Of Baku

Aviqdor Liberman meşə yanğınlarının söndürülməsində iştirakına Azərbaycana minnətdarlığını bildirib

Aviqdor Liberman meşə yanğınlarının söndürülməsində iştirakına Azərbaycana minnətdarlığını bildirib
# 15 dekabr 2010 12:56 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. İsraildə meşə yanğınlarında iştirak etmiş ölkələrin səfirləri hadisə yerində ağacəkmə kampaniyasında iştirak ediblər. APA-nın newsru.co.il saytına istinadən məlumatına görə, İsrail XİN və Yəhüdi Milli Fondunun dəvəti ilə gəlmiş səfirləri xarici işlər naziri Aviqdor Liberman və fondun sədri Efi Ştentsler qəbul ediblər. Onlar ABŞ, Rusiya, Fransa, Almaniya, Azərbaycan, Yunanıstan, İspaniya, Avstriya, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Yaponiya, Cənubi Koreya, Norveç, Niderland, Rumıniya, Ukrayna və ölkələrə göstərdikləri yardıma görə təşəkkürlərini bildiriblər.
Efi Ştentsler diplomatlara söz verib ki, Karmel yenidən yaşıllıqla örtülü olacaq. O bildirib ki, onun rəhbərlik etdiyi fond ilk yəhudi məskunlaşması dövründən bu yana İsraildə 240 milyon ağac əkib: “Karmel bir çox dinlər üçün müqəddəs yer sayılır. Mən sizin ölkələrə və xalqlarınıza bu yerlərin xilasında iştirakına görə təşəkkür edirəm”..
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR