Bank Of Baku

“Taliban” Peşəvərdə terror aktı törədib, çoxlu sayda ölən və yaralananlar var

“Taliban” Peşəvərdə terror aktı törədib, çoxlu sayda ölən və yaralananlar var
# 25 may 2011 07:16 (UTC +04:00)
Bakı-APA. Pakistanın Peşəvər şəhər polis məntəqəsi qarşısında terror aktı törədilib. APA-nın məlumatına görə, kamikadze partlayıcı yüklənmiş avtomobili polis məntəqəsinin qarşısında partladıb. Terror aktı nəticəsində ən azı iki nəfər ölüb, iyirmi nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti öz üzərinə “Taliban” hərəkatı götürüb. Hərəkat bu partlayışı Üsamə bin Ladenin öldürülməsinə qarşı qisas aksiyası adlandırıb. Bundan başqa “Taliban” bəyan edib ki, terror aktları ABŞ pilotsuz təyyarələri Pakistan ərazisini bombardman etməyi dayandırmayana kimi davam edəcək. Hərəkat həmçinin Pakistan ərazisində bundan əvvəl törədilmiş üç terror aktına görə də məsuliyyəti öz üzərinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR