Bank Of Baku

Yəməndə müxalifətə qoşulan tayfa mənsubları dövlət aviasiya şirkətinin baş ofisini ələ keçirib

Yəməndə müxalifətə qoşulan tayfa mənsubları dövlət aviasiya şirkətinin baş ofisini ələ keçirib
# 25 may 2011 10:47 (UTC +04:00)
Bakı – APA. Yəməndə müxalifətə qoşulan Haşid tayfasının qüvvələri hökumət qüvvələri ilə toqquşmalardan sonra paytaxt Sana şəhərində “Yemenia” dövlət aviasiya şirkətinin baş ofisini nəzarətə götürüb. APA-nın xəbərinə görə, bu barədə “France-Presse” agentliyi məlumat yayıb. Sənaye və Ticarət Nazirliyi ilə SABA rəsmi informasiya agentliyinin binası da tayfa mənsublarının nəzarətindədir.

Prezident Əli Abdulla Saleh orduya atəşi dayandırmağı əmr edib və Haşid tayfasının lideri şeyx əl-Ahmarı ələ keçirdikləri binaları tərk etməyə çağırıb. Mayın 23-də başlayan toqquşmalarda azı 44 nəfər ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR