Bank Of Baku

Yaponların əksəriyyəti baş nazirin istefasını istəyir

Yaponların əksəriyyəti baş nazirin istefasını istəyir
# 30 may 2011 12:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA. Yaponiyada keçirilmiş sorğu nəticəsində məlum olub ki, seçicilərin 70 %-i ölkənin baş naziri Naoto Kanın istefasının lehinədir.

APA-nın “Reuters”ə istinadən məlumatına görə, bu həftə baş nazirə etimadsızlıq məsələsi gündəliyə çıxarıla bilər.

Yaponları narazı salan məqamlardan ən birincisi bu martın 11-də baş vermiş zəlzələ və sunaminin nəticələrinin Naoto Kan tərəfindən necə aradan qaldırılmasıdır. O cümlədən zəlzələdən zərər çəkmiş insanlara humanitar yardım göstərilməsi və ölkədəki nüvə böhranı da narazılığı artırır.

Xatırladaq ki, mayın 27-də “Fitch” beynəlxalq reytinq agentliyi Yaponiyanın reytinqi üzrə proqnozunu “sabit”dən “neqativ”ə dəyişib ki, bunun da əsas səbəbi dövlət borcunun həddindən artıq böyük olmasıdır. Bəzi məlumatlara görə, ölkənin xarici borcunun həcmi ÜDM-i 2 dəfə üstələyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR