Bank Of Baku

Qəzzada “Mavi Mərmərə” qəməsinin hücuma məruz qalmasının ildönümü münasibəti ilə abidə ucaldılıb

Qəzzada “Mavi Mərmərə” qəməsinin hücuma məruz qalmasının ildönümü münasibəti ilə abidə ucaldılıb
# 01 iyun 2011 02:42 (UTC +04:00)
Bakı-APA.Fələstinin Həmas qrupu Qəzza zolağına yardım daşıyan Türkiyə gəmisinin hücuma məruz qalmasının birinci ildönümü münasibəti ilə abidə açıb. APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Həmasın baş naziri İsmayıl Haniye Qəzza şəhərinin sahilində abidənin açılış mərasiminə rəhbərlik edib. Israilin 2010-cu ilin may ayının 31-I Mavi Mərmərə gəmisinə hücumu nəticəsində 9 türk fəal öldürülmüşdü.

Fələstini dəstəkləyən fəallar İsrailin blokadasına baxmayaraq, Qəzzaya yardım flotiliyası göndəriləcəyini bildirib. Rəfahda Misir-Qəzza sərhəd bölgəsinin açılmasına baxmayaraq, İsrail hələ də su ərazisindən Fələstin ərazilərinə yardım çatdırılmasına mane olur. Rəfah İsrailin nəzarət etmədiyi yeganə sərhəd məntəqəsidir. İsrailin baş naziri Benyamin Netanyahu yardım daşıyan gəmilərin Fələstinə silah apara biləcəyindən narahat olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR