Bank Of Baku

Sinqapurda “Asiyada Təhlükəsizlik” mövzusunda konfrans işinə başlayır

Sinqapurda “Asiyada Təhlükəsizlik” mövzusunda konfrans işinə başlayır
# 03 iyun 2011 03:04 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın müdafiə naziri Robert Geyts regiondakı problemlərin həlli məqsədi ilə Asiya ölkələri ilə münasibətlərin dərinləşdirilməsini istədiyini bildirib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, iyunun 3-dən 5-nə kimi “Asiyada Təhlükəsizlik” mövzusunda keçiriləcək konfransın açılışından əvvəl nazir deyib ki, Vaşinqton Asiyadakı tərəfdaşlarının yaxın müttəfiqi olaraq qalacaq.
Robert Geyts potensial büdcə məhdudiyyətlərinə baxmayaraq, Vaşinqtonun müttəfiqlik mesajı ilə Sinqapura getdiyini bildirib. ABŞ-ın müdafiə naziri orada çinli həmkarı Liang Guangli ilə görüşəcək. Yolda ikən keçirdiyi mətbuat konfransında Geyts Vaşinqtonun Pekinlə münasibətlərindəki inkişaflardan razılığını bildirib. O, əlaqələrdə davamlı dialoqun vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR