Bank Of Baku

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı prezident Mahmud Əhmədinejadın həbsi üçün ali dini liderə müraciət edib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı prezident Mahmud Əhmədinejadın həbsi üçün ali dini liderə müraciət edib
# 03 iyun 2011 08:33 (UTC +04:00)
Bakı – APA. İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri ali dini lider Əli Xamneyidən xahiş edib ki, prezident Mahmud Əhmədinejadın həbsinə icazə versin. APA-nın “Mignews”a istinadən verdiyi məlumata görə, bunu Xamneyinin nümayəndəsi ayətulla Abdulnabi Namazi deyib.

M. Əhmədinejadın Ə. Xamneyini devirməyə cəhd göstərdiyi iddia olunur. Ali dini lider prezident istisna olmaqla bu çevriliş cəhdində iştirak edənlərin hamısının həbsini tələb edib. Əhmədinejad isə xəbərdarlıq alıb. Namazinin fikrincə, ali dini lider və prezident arasındakı qarşıdurma Əhmədinejadın istefası ilə nəticələnə bilər.

Qeyd edək ki, İranda ali dini liderə xəyanətin cəzası edamdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR