Bank Of Baku

Yaralanmış Yəmən lideri xalqa müraciət edib

Yaralanmış Yəmən lideri xalqa müraciət edib
# 04 iyun 2011 00:52 (UTC +04:00)
Bakı-APA. Prezident sarayının atəşə tutulması nəticəsində yaralanmış Yəmən lideri Əli Abdulla Saleh radio ilə xalqa müraciət edib.

«Mən yaxşıyam və özümü yaxşı hiss edirəm», deyən Saleh hücuma görə haşid tayfalar ittifaqının başçısı Sadiq əl Əhmarı günahlandırıb.

Saleh bildirib ki, hücum edənlərdən 7 nəfəri qətlə yetirilib.

Xatırladaq ki, dünən silahlı şəxslər Yəmən prezident sarayını və yaxınlıqdakı məscidi atəşə tutublar. Atışmadan sonra yaralanmış Yəmən lideri Əli Abdulla Salehin ölməsi barədə xəbərlər yayılıb. Lakin bir müddət sonra bu xəbərlər təkzib edilib. Yəmən media orqanları Salehin yaralandığını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR