Bank Of Baku

«Əl-Qaidə»nin Pakinstandakı qolunun başçısı öldürülüb

«Əl-Qaidə»nin Pakinstandakı qolunun başçısı öldürülüb
# 04 iyun 2011 14:16 (UTC +04:00)
Bakı – APA. «Əl-Qaidə» terrorist təşkilatının liderlərindən biri, təşkilatın Pakinstandakı qolunun başçısı İlyas Kəşmiri (Ilyas Kashmiri) ABŞ-ın pilotsuz təyyarədən endirilən zərbə nəticəsində öldürülüb. APA-nın «Reuters» və «BBC News»a istinadən verdiyi xəbərə görə, ötən gecə keçirilən əməliyyat zamanı Pakistanın Cənubi Vəziristan vilayətinin Laman kəndinə pilotsuz təyyarədən zərbələr endirilib. Nəticədə, 9 nəfərin həlak olduğu bildirilir.

ABŞ-ın kəşfiyyat orqanlarının nümayəndələri əməliyyat zamanı İ.Kəşmirinin öldürüldüyünü bildiriblər. Əhəmiyyətinə görə bu, Üsamə bin Ladenin öldürülməsindən sonra ikinci analoji uğurlu əməliyyat kimi qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR