Bank Of Baku

Şimali Koreya Çinlə əlaqələri inkişaf etdirmək üçün iqtisadi zonalar yaradır

Şimali Koreya Çinlə əlaqələri inkişaf etdirmək üçün iqtisadi zonalar yaradır
# 07 iyun 2011 04:53 (UTC +04:00)
Bakı-APA. Koreya Xalq Demokratik Respublikasında (KXDR) Çinlə dostluq əlaqələrinin inkişaf etdirilməsi və iki qonşu ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə iqtisadi zonanın yaradılması barədə elan olunub. KXDR Ali Xalq Məclisi bu barədə xüsusi qərar qəbul edib.

İqtisadi zona iki ölkənin sərhədində yerləşən Amnokkan çayındakı Xvanqumpen və Vixva adalarında yaradılacaq. KXDR adalar üzərində suverenitetini saxlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR