Bank Of Baku

Yəmən ordusunun Zanzibar şəhərini hücumla ələ keçirməsi nəticəsində 15 nəfər ölüb

Yəmən ordusunun Zanzibar şəhərini hücumla ələ keçirməsi nəticəsində 15 nəfər ölüb
# 07 iyun 2011 09:01 (UTC +04:00)
Bakı-APA. Yəmən ordusunun Zanzibar şəhərini hücumla ələ keçirməsi nəticəsində 15 nəfər ölüb. APA-nın məlumatına görə, ölənlərin 9-u hərbçi, 6-ı “Əl-Qaida” ilə əlaqəli olan terrorçulardır. Əməliyyatın təfərrüatları açıqlanmır. Qeyd edək ki, mayın 27-də bir neçə yüz silahlı Zanzibar şəhərini hücumla ələ keçirib və hökumət qoşunlarını şəhərdən çıxmağa məcbur edib. Şəhəri nəzarət altına alan silahlılar hökumət binalarını partladıblar. Yəmən Hərbi Hava Qüvələri mayın 30-da Zanzibar şəhərinə havadan zərbələr endirməyə başlayıb, hökumət qoşunları həmçinin 20 min nəfərin yaşadığı şəhərin məhəllələrini artilleriya atəşinə tutublar. Prezident Əli Abdulla Salehin ölkədə olmaması vəziyyəti daha da gərginləşdirir. Yerli mətbuat ölkəyə prezidentin oğlu Əhmədin nəzarət etdiyini bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR