Bank Of Baku

Fukushima: tullantı zənn edildiyindən artıq olub

Fukushima: tullantı zənn edildiyindən artıq olub
# 08 iyun 2011 01:31 (UTC +04:00)
Bakı-APA. Qəzanın ilk həftələrində Fukushima AES-indən atmosferə atılan radioaktiv tullantıların səviyyəsi indiyədək güman edildiyindən ən azı iki dəfə artıq olub.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, zədələnmiş stansiyadan ətraf mühitə atılan radiasiyanın 770 min terrabekkerel ətrafında olduğu bildirilir ki, 1986-cı il Çernobıl qəzasında baş verən radioaktiv sızmanın 6 faizini təşkil edir.

Bununla yanaşı qəzanın ilk günlərində yanacaq özəklərinin də, indiyədək zənn edildiyindən daha tez əridiyi qeyd olunur.

Yeni rəqəmlər Yaponiyanın Nüvə Təhlükəsizliyi Agentliyi tərəfindən açıqlanıb.

11 martda zəlzələ ilə sunami zərbələri nəticəsində zədələnmiş Fukushima AES-indən, ən aşağı səviyyədə olsa da, radiasiya sızması davam edir.

Stansiya gələn ilin yanvar ayında bağlanılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR