Bank Of Baku

Suriya prezidenti bu gün televiziya ilə xalqa müraciət edəcək

Suriya prezidenti bu gün televiziya ilə xalqa müraciət edəcək
# 16 iyun 2011 01:59 (UTC +04:00)
Bakı-APA. Suriya prezidenti Bəşər Əsəd bu gün vacib televiziya müraciəti ilə çıxış edəcək. Bu barədə «RİA Novosti»yə Suriya hökumətinə yaxın mənbə məlumat verib.

«Prezident öz çıxışında çoxsaylı məsələlərə, o cümlədən ölkədə hakimiyyətin vərəsəliyi məsələsinə toxunacaq», deyə mənbə bildirib.

Onun sözlərinə görə, prezident Əsəd ölkədə qanunun aliliyinin təmin olunmasından danışacaq.

Əsədin həmçinin «Müsəlman qardaşlar» təşkilatında üzvlüyə görə edam hökmünü nəzərdə tutan müddəanı ləğv edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR