Bank Of Baku

ABŞ səfiri tacik jurnalistinin azad olunmasına çağırıb

ABŞ səfiri tacik jurnalistinin azad olunmasına çağırıb
# 16 iyun 2011 23:09 (UTC +04:00)
Bakı-APA. Amerikanın Tacikistandakı səfirliyinin bəyanatında jurnalist Urinboy Usmonovun tutulub-saxlanılması ilə bağlı dərin narahatlıq ifadə olunur.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, səfir Ken Gross bildirib ki, jurnalistlər yazdıqları üçün fiziki təzyiqlərə məruz qalmamalıdırlar.

Diplomat Tacikistan hakimiyyətinə müraciətində Usmonovun qeyri-qanuni fəaliyyətinə dair hər-hansı dəlillərin aşkar olunmadığı təqdirdə, istintaqı uzatmayaraq jurnalistin, dərhal azad edilməsinə çağırıb.
BBC-yə məlum olub ki, Usmonov qeyri-leqal, islamçı Hizb-ut-Təhrir təşkilatı ilə əlaqədə ittiham olunur.
BBC-nin mətbuat buraxılışında deyilir ki, jurnalist redaksiya tapşırığı ilə Hizb-ut-Təhrir üzvlərinin məhkəmə prosesini və partiyanın Tacikistandakı fəaliyyətini işıqlandırsa da, “Usmonova qarşı irəli sürülmüş ittihamlara inanmaq üçün heç bir əsas yoxdur”.
Jurnalistin tutulub-saxlanılması ilə bağlı öz narahatlığını Britaniya səfirliyi də bildirib.
Son 10 il ərzində BBC-nin Mərkəzi Asiya xidmətinə işləyən Usmonov ölkənin şimalındakı Xocand şəhərində yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR