Bank Of Baku

Əfqanıstanda terrorçular bir necə hücum həyata keçiriblər

Əfqanıstanda terrorçular bir necə hücum həyata keçiriblər
# 18 iyun 2011 17:51 (UTC +04:00)
Bakı-APA. Kabulun mərkəzində yerləşən polis məntəqəsinə intiharçı-kamikadzelərin hücumları nəticəsində üç polis, bir təhlükəsizlik xidməti əməkdaşı və beş mülki şəxs həlak olub.
Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, on nəfər xəsarət alıb. Ehtimallara görə terror aktını Taliban həyata keçirib.

Bundan əlavə, Qazni əyalətində NATO qüvvələrinə sursat daşıyan iki yük avtomobil karvanı yolun kənarında basdırılan mina ilə partladılıb. Maşın karvanının müşayiət edən dörd xüsusi xidmət əməkdaşı həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR