Bank Of Baku

Suriya hökumət qüvvələri Türkiyə ilə sərhəddə yerləşən kəndə hücum ediblər

Suriya hökumət qüvvələri Türkiyə ilə sərhəddə yerləşən kəndə hücum ediblər
# 19 iyun 2011 01:39 (UTC +04:00)
Bakı-APA. Suriya hökumət qüvvələri Türkiyə ilə sərhəddə yerləşən kəndə hücum edərək pulemyotlardan atəş açıb və kənd sakinlərini həbs ediblər.

APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, prezident Bəşar əl-Əsədə sadiq qüvvələr azı 6 tankın və 10 zirehli maşının müşayiəti ilə Bdama kəndinə daxil olublar. Şahidlər 70 sakinin həbs olunduğunu və iki evin yandırıldığını bildiriblər.

Bdama Türkiyə sərhədinə yaxınlığında yerləşir. Londonda qərargahı olan Suriya İnsan Hüquqları Müşahidəçiləri qrupu bildirib ki, bu kəndin sakinləri Türkiyəyə qaçan insanlara yardım göstəriblər.
Artıq 10000-dən çox suriyalı qaçqın Türkiyənin cənub-şərqində çadırlarda məskunlaşıb. Onlar Bəşar əl-Əsədin qüvvələrinin hücumları nəticəsində evlərindən didərgin düşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR