Bank Of Baku

Mart zəlzələsi Yaponiyaya 210 milyard dollara yaxın ziyan vurub

Mart zəlzələsi Yaponiyaya 210 milyard dollara yaxın ziyan vurub
# 25 iyun 2011 11:07 (UTC +04:00)
«APA-Economics»in «Reuters»a istinadən verdiyi məlumata görə, bu hesablamaları Yaponiyanın Nazirlər Kabineti aparıb.

Hesablamalara əsasən, zəlzələ nəticəsində evələrə və fabiriklərə dəyən zərər 10,4 trln. yen (129,1 mlrd. dollar), çaylar, limanlar və infrastruktura dəyən zərər isə 2,2 trln. yen (27,3 mlrd. dollar) dəyərində qiymətləndirilir.

Bununla yanaşı, kənd təsərrüfatı və balıqçılıq sahələri 1,9 trln. yen (23,6 mlrd. dollar), kommunal infrastruktur, o cümlədən su və qaz təchizatı sistemlərinə isə 1,3 trln. yen (16,2 mlrd. dollar) zərər çəkib.

Eyni zamanda, dövlət müəssisələrinə dəyən zərərin aradan qaldırılması Yaponiya hökumətin’ 1,1 trln. yenə (13,6 dollar) başa gələcək.

Qeyd edək ki, Yaponiya hökumətinin apardığı hesablamalara «Fukusima-1» AES-də baş verən qəza nəticəsində ölkəyə dəyən zərər daxil edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR