Bank Of Baku

Helsinki Komissiyası Qırğızıstanda baş vermiş zorakılıqlarla bağlı dinləmələr keçirib

Helsinki Komissiyası Qırğızıstanda baş vermiş zorakılıqlarla bağlı dinləmələr keçirib
# 29 iyun 2011 01:27 (UTC +04:00)
Bakı-APA. Vaşınqtonda Birləşmiş Ştatların Helsinki Komissiyası bir il əvvəl Qırğızıstanda baş vermiş zorakılıqlar və hələ də davam edən insan hüquqlarının pozulması faktları ilə əlaqədar dinləmələr keçirib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, dinləmələrdə Qırğızıstan hadisələrinə dair müstəqil beynəlxalq təftiş komissiyasının sədri Kimmo Kilyunen bir neçə ay aparılmış fakt-araşdırıcı missiyadan sonra hesabatını təqdim edib.

Onun sözlərinə görə Oş şəhərində bəşəriyyətə qarşı cinayətlər baş vermişdir. Xüsusilə də iyun ayının 11-dən 13-ə qədər özbəklərin yaşadığı məhəllələrdə dinc əhaliyə qarşı zorakılıqlar tətbiq edilmişdir.

ABŞ konqresmeni Kristofer Smit deyib ki, Qırğızıstanın cənubunda özbəklərə qarşı əsassız həbslər, işgəncələr və ədalətsiz məhkəmələr bu gün də davam edir. O bu halı təəssüfedici adlandırıb. O deyib ki, belə mürəkkəb münaqişədən sonra ölkələr arasında ədalətin və inamın bərpa olması çətin görünür. Onun sözlərinə görə, ölkədə millətçilik və ədavət hissi güclüdür.

Hesabatın açıqlanmasından sonra Roza Otumbayeva komissiya ilə əməkdaşlıq edərək, hesabatda verilmiş tövsiyələrin nəzərə alınacağına söz vermişdi. Lakin sənəd parlamentdə narazılıqla qarşılanmış və Kimmo Kilyunen ölkədə arzuolunmaz şəxs hesab edilərək, onun Qırğızıstana daxil olması qadağan edilib.

Dinləmələrdə iştirak edən Qırğızıstan Respublikasının ABŞ-dakı səfiri Muxtar Cunaliyev hesabatın əhəmiyyətini vurğulayıb. Lakin o, sənədin birtərəfli mövqeyi əks etdirdiyinə görə hökumətin hesabata düzəlişlər etməli olduğunu bildirdib. Onun sözlərinə görə komissiyanın nəticələri regionda siyasi vəziyyətin daha da gərginləşməsinə səbəb olmamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR