Bank Of Baku

İsrail Bəşər Əsədi ölümlə hədələyib

İsrail Bəşər Əsədi ölümlə hədələyib
# 29 iyun 2011 12:05 (UTC +04:00)
Bakı – APA. İsrail hökuməti Suriya prezidenti Bəşər Əsədə məktub göndərib. APA-nın “The Jerusalem Post” qəzetinə istinadən verdiyi məlumata görə, məktub türk vasitəçilərlə B. Əsədə çatdırılıb. Məktubda B. Əsədə xəbərdarlıq edilib ki, İsrailə qarşı hərbi əməliyyata başlasa o özü şəxsən İsrailin hədəfinə çevriləcək.

Suriya prezidentinə xəbərdarlıq məktubu göndərilməsinin səbəbi İsrail kəşfiyyatının sərhəddə Suriya qoşunlarının yüksək hazırlıq vəziyyətinə gətirilməsini aşkara çıxarmasıdır. Belə ki, Suriya “Yer-yer” tipli raketlərin dislokasiya yerlərini dəyişdirməyə başlayıb. Bununla əlaqədar İsrail ordusu da döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qeyd edək ki, İsrail və Suriya 1973-cü ildən bəri müharibə vəziyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR