Bank Of Baku

Yəmən hakimiyyəti 5 vilayətə nəzarəti itirib

Yəmən hakimiyyəti 5 vilayətə nəzarəti itirib
# 30 iyun 2011 08:36 (UTC +04:00)
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bunu vitse-prezident Abd Rabbi Mansur Hadi deyib. Dövlət başçısı Əli Abdulla Saleh xaricdə müalicə olunduğu üçün prezident səlahiyyətlərini icra edən Hadi bildirib ki, “Əl-Qaida” silahlıları cənubdakı Abyan əyalətinin inzibati mərkəzini ələ keçiriblər. İtirilən digər 4 əyalət açıqlanmayıb.

A. R. M. Hadi prezident Salehin nə vaxt ölkəyə qayıdacağını bilmədiyini söyləyib. O, Salehin ölkədə mühüm çəkiyə malik siyasi fiqur olaraq qaldığını və 3 milyon tərəfdarının olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR