Bank Of Baku

Suriyada 2 şəhər hökumətin nəzarətindən çıxıb

Suriyada 2 şəhər hökumətin nəzarətindən çıxıb
# 30 iyun 2011 15:01 (UTC +04:00)
Bakı – APA. Suriyanın mərkəzindəki Xama şəhəri rejim əleyhdarlarının nəzarətinə keçib. APA-nın xəbərinə görə, bunu “The Guardian” qəzeti özünün Yaxın Şərq bloqunda yazıb. Yerli sakinlər bildirirlər ki, artıq bir neçə həftədir şəhərdə nə polis, nə hərbçi, nə də hakimiyyət təmsilçisi var, Əsəd ailəsinin nümayəndələrinin portretləri məhv edilib. Xalq küçələrdə qələbəni qeyd edir. Ölkənin şərqindəki Deyr-az-Zaur şəhərində də oxşar vəziyyət yaranıb. Səhra qəbilələrinin məskunlaşdığı şəhəri hökumət qüvvələri tərk edib.

Xatırladaq ki, Suriyada 2011-ci ilin martında üsyan başlayıb. Ordu hissələri və polislə toqquşmalarda 1000-ə yaxın adam ölüb, on minlərlə insan evlərini tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR