Bank Of Baku

Suriya hökuməti ABŞ səfirini ölkədəki vəziyyəti gərginləşdirməkdə ittiham edir

Suriya hökuməti ABŞ səfirini ölkədəki vəziyyəti gərginləşdirməkdə ittiham edir
# 08 iyul 2011 16:32 (UTC +04:00)
Bakı - APA. Suriyanın Xama şəhərində cümə namazından sonra kütləvi etiraz aksiyası başlayıb. APA-nın xəbərinə görə, Suriya dövlət televiziyası aksiyanın ABŞ-ın ölkədəki səfirinin təhriki ilə keçirildiyini bildirib.

“Əl-Cəzirə” telekanalının xəbərinə görə, ABŞ və Fransanın Suriyadakı səfirləri şəhərin mərkəzi meydanı yaxınlığında yerləşən hotellərdən birindədirlər. ABŞ səfiri Robert Ford son günlər etirazların mərkəzinə çevrilən Xama şəhərinə məhz “Əsəd rejimi ilə dialoqa yox!” şüarı altında keçirilən aksiya ərəfəsində səfər edib.

Suriya hökuməti səfirin razılaşdırılmayan səfərini ABŞ-ın ölkədə baş verən hadisələrə birbaşa müdaxilə etmək faktı və situasiyanı gərginləşdirmək cəhdi kimi qiymətləndirib. Suriya DİN-in nümayəndəsi televiziya ilə çıxışında bildirib ki, “ABŞ səfiri Xamada terrorçularla görüşüb, onları etiraza, zorakılığa və dialoqdan imtinaya çağırıb”.

Qeyd edək ki, Suriyada hakimiyyət və müxalifət arasında ilk dialoq iyulun 10-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR