Bank Of Baku

İcazəsiz mitinqin 514 iştirakçısı saxlanılıb

İcazəsiz mitinqin 514 iştirakçısı saxlanılıb
# 09 iyul 2011 09:58 (UTC +04:00)
Bakı – APA. Bu gün Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində müxalifət qüvvələrinin keçirdiyi etiraz aksiyası zamanı polis əməkdaşları mitinqin 514 iştirakçısını saxlayıb. APA-nın məlumatına görə, dünəndən keçirilən icazəsiz aksiyada 10 minə yaxın paytaxt sakini iştirak edib.

Ölkənin baş naziri Nəcib Razakın administrasiyasının inzibati binası qarşısına toplaşan mitinq iştirakçıları ilə polis əməkdaşları arasında baş vermiş toqquşma zamanı aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə olunub. Bundan bir gün öncə isə hüquq-mühafizə orqanları ölkə üzrə 200-dək müxalifətçini saxlayıb, onların bir qismini həbs cəzası gözləyir.

Müxalifət qüvvələri Malayziyadakı seçki qanunvericiliyindən, onun qeyri-şəffaf olmasından və ədalətsizliyindən narazıdır, həmçinin ölkədə köklü siyasi islahatların aparılmasını tələb edir.

Qeyd edək ki, 2013-cü ildə Malayziyada parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Baş nazirin başçılıq etdiyi «Xalq Cəbhəsi» siyasi koalisiya 10-dan artıq siyasi təşkilatı birləşdirir və seçkilərdə koalisiyanın qalib gələcəyi ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR