Bank Of Baku

ABŞ pilotsuz təyyarəsi Pakistanda 10 silahlını məhv edib

ABŞ pilotsuz təyyarəsi Pakistanda 10 silahlını məhv edib
# 12 iyul 2011 01:56 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın pilotsuz təyyarəsi Pakistanın şimal-qərbində Tayfalar zonasında minimum 10 silahlını məhv edib. Bu barədə Pakistan rəsmiləri məlumat veriblər.

Pilotsuz təyyarə Şimali Vəziristanda binalar kompleksi və yaxınlıqdakı avtomobilə 4 raket atıb. Miranşah şəhərinin güc strukturları məhv edilən silahlıların sayının daha çox ola biləcəyini bildiriblər.

Tayfalar zonası (rəsmi adı: Federal tabelikdə olan tayfaların ərazisi) Pakistanın xüsusi bölgəsidir. Burada federal qanunlar işləmir və polisin səlahiyyətləri yoxdur. Hazırda Zonada Pakistana tabe olan 7 mini-dövlət yerləşir: Bacaur, Mohmənd, Xeybər, Kürrəm, Orakzay, Şimali və Cənubi Vəziristan.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR