Bank Of Baku

Çində 20 uyğur öldürülüb

Çində 20 uyğur öldürülüb
# 19 iyul 2011 09:46 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə “France-Presse” agentliyi mühacirətdəki uyğur aktivistlərə istinadən məlumat yayıb.

Dünya Uyğur Konqresi adlı təşkilatın açıqlamasına əsasən polislər Xotan şəhəri yaxınlığında 14 uyğuru ölənə qədər döyüblər və 6 nəfəri güllələyiblər. Hadisə uyğurlar yaxınlarının həbsdən azad olunması tələbi ilə aksiya keçirərkən baş verib.

Çinin rəsmi KİV-i isə Xotanda terrorçuların polis məntəqəsinə basqın etdiyi, nəticədə 4 nəfərin həlak olduğu xəbərini yayıb. Olaylarda 70 nəfər həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR